Çin ilə İran arasında strateji əməkdaşlıq haqqında sənəd imzalanıb

Çin ilə İran arasında strateji əməkdaşlıq haqqında sənəd imzalanıb<b style="color:red"></b>

İran ilə Çin arasında bu gün Tehranda 25 ili əhatə edən plan üzrə strateji əməkdaşlıq haqqında sənəd imzalanıb.

525.az xəbər verir ki, İranda səfərdə olan Çinin xarici işlər naziri Vang İy Ali Rəhbər Əli Xamneyi, Prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb. Görüşlərin nəticəsi olaraq hər iki dövlətin xarici işlər nazirləri tərəfindən imzalanan sənədə əsasən bir çox sahələr üzrə strateji əməkdaşlıq nəzərdə tutulub.

İmzalama mərasimindən sonra mətbuata aşıqlama verən M.C.Zərif bildirib ki, iqtisadi və siyasi sahələri əhatə etməklə mədəniyyət sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələri genişləndiriləcək. Dövlətlər iqtisadiyyatın özəl sektorunun inkişafı üçün qarşılıqlı köməklik göstərəcək və Çinin həyata keçirdiyi “Bir kəmər, bir yol” layihəsinin inkişafına nail olacaqlar.

Qərb və İran mətbuatı Çinin xarici işlər nazirinin Yaxın Şərq ölkələrinə səfərini diqqət mərkəzində saxlayıb. Dərc olunan materialların təhlili onu göstərir ki, ABŞ-ın regiona getdikcə daha çox nüfuz edərək özünün qanun-qaydalarını diktə etməsi narahatlıq doğurur. ABŞ-ın İrana və Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi, Çin ilə “ticarət müharibəsi”, Suriya və İraqa müdaxiləsi və digər amillər region dövlətlərinin daha sıx əməkdaşlıq əlaqələri yaratmaq zərurətini meydana çıxarıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 374
  • 137
  • 6,900
  • 21,233
ILK-10 Azeri Website Directory