“Erməni tərəfinin cılız addımları hər zaman fiaskoya məhkumdur”

“Erməni tərəfinin cılız addımları hər zaman fiaskoya məhkumdur"<b style="color:red"></b>

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq miqyasda qlobal təşəbbüslərlə çıxış etməsi dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Belə təşəbbüslərdən biri də COVID-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədardır”.

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin  deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.

Millət vəkilinin sözlərinə görə, pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan qətnamə bu baxımdan Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edir. Həmçinin, qətnamə Prezident İlham Əliyevin  1 fevral tarixində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü. Əldə edilmiş nəticəyə əsasən demək olar ki, ölkə başçısının pandemiya ilə bağlı bu təşəbbüsü  qısa müddət ərzində qlobal dəstək qazandı.

Millət vəkilinin fikrincə, Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində yüksək dəstək verilməsi respublikamızın beynəlxalq nüfuzunun getdikcə artmasını bir daha təsdiqləyir. Belə genişmiqyaslı tədbirin keçirilməsi Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə belə bir  qətnamənin qəbul edilməsi də pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcək. Bu qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən ölkələr təmsil olunur.

“Bu qətnamənin qəbul edilməsinə  Ermənistan mane olmağa çalışıb. Amma yenə də  uğursuzluğa məruz qalıb. Beləliklə, Ermənistan növbəti dəfə beynəlxalq müstəvidə özünü rüsvay edib. Qətnamənin qəbul olunması zamanı çıxış edən Ermənistan nümayəndəsi ölkəsinin bir sıra təkliflərinin sənəddə nəzərə alınmadığını bildirib. Əslində, həmin təkliflər bəzi məsələləri siyasiləşdirmək xarakteri daşıyıb. Ermənilər bu kimi addımları ilə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışıb. Bütün bunlar onu göstərir ki, ermənilər ölkəmizin diplomatik uğurlarına, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsinə qısqanclıqla yanaşır. Məhz buna görə Ermənistan qətnamənin BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyası kimi qlobal təşəbbüslərin alqışlandığı bəndi üzrə konsensusa qoşulmayıb. Ermənistanın  qoşulmamasının yeganə səbəbi həmin xüsusi sessiyanın Azərbaycan Prezidentinin təşəbbüsü ilə çağırılmasıdır. Düşünürəm ki, erməni tərəfinin bu kimi addımları hər zaman fiaskoya məhkumdur. Çünki  Ermənistan belə cılız davranışları ilə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq iqtidarında deyil”,-deyə Fatma Yıldırım vurğulayıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 66
  • 10
  • 18,897
  • 34,203
ILK-10 Azeri Website Directory