Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib<b style="color:red"></b>

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası keçirilib.

525.az APA-ya istinadən verdiyi məlumata görə, artıq ənənə halını almış xeyriyyə aksiyası Rusiya paytaxtının “Bizim Ev” ailə tərbiyəsinə dəstək mərkəzində baş tutub. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları uşaq evinin sakinlərinə müxtəlif yaş kateqoriyalarına uyğun kitablar, oyuncaqlar və şirniyyatlardan ibarət hədiyyələr ediblər.

Moskvada yerləşən “Bizim ev” ailə tərbiyəsinə dəstək mərkəzi valideyn himayəsindən məhrum olan sağlam uşaqlarla yanaşı, həm də  fiziki və zehni inkişafdan geri qalan körpələrin də yuva saldığı məkandır. Heydər Əliyev Fondunun daim qayğısını görən Mərkəzin direktoru Vadim Menşov Fondun vitse-prezidenti Leyla Əliyevanın uşaq evinə olan diqqətindən danışıb: “Həm biz, həm də uşaqlar Azərbaycan xalqının çox sevirik. Bizim Heydər Əliyev Fondu ilə gözəl münasibətlərimiz var. Buna görə Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümüzü bildiririk. Hər şey onun bura gəlişindən başladı. Allaha şükürlər olsun ki, bu, bitmir, davam edir”.

“Bizim ev” uşaq evinin direktor müavini Nina Raşupkina Mərkəzdə uşaqların rahatlığı üçün Leyla Əliyevanın dəstəyi ilə bir çox iş görüldüyünü və onun hər gəlişinin uşaqlar üçün bayram olduğunu söyləyib: ”Azərbaycana səfərimiz zamanı bizə göstərilən qonaqpərvərliyə və mehriban münasibətə görə Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya təşəkkür edirəm. Biz Bakıda misilsiz yerləri gəzdik, uşaqlar səmimi qəbuldan məmnun qaldılar. Çox sağ olun, sizi burada qonaq etməyi hər zaman səbirsizliklə gözləyirik”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 153
  • 45
  • 4,135
  • 22,197
ILK-10 Azeri Website Directory