Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşü planlaşdırılır

Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşü planlaşdırılır<b style="color:red"></b>

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında görüş planlaşdırılır.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, görüş aprelin 2-də Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyi ​ xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutacaq.

M. Zaxarova Rusiya xarici işlər nazirinin MDB XİN başçılarının iclası çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə görüşlərinin keçirilməsinin planlaşdırıldığını söyləyib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 168
  • 28
  • 3,331
  • 65,071
ILK-10 Azeri Website Directory