Daha bir şəhidimiz dəfn edildi – Yenilənib

Vətən müharibəsi döyüşlərində ağır yararlanaraq komya düşən və martın 25-də şəhidlik zirvəsinə ucalan əsgər Əli İsmayılov dəfn olunub.
525.az-ın “Report”a istinadən məlumatına görə, o, doğulduğu Goranboy rayonunun Qaradağlı kənd qəbristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, rayon sakinləri və rəsmi şəxslər iştirak ediblər.
*** 14:44
Vətən müharibəsində ağır yaralanaraq uzun müddət komada olan əsgər şəhid olub.
525.az APA-ya istinadən xəbər verir ki, Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu bu gün şəhidlik zirvəsinə ucalıb.
Ə. İsmayılov bu gün dəfn olunacaq.