Pakistanda “Şahin 1-A” ballistik raketi uğurla sınaqdan çıxarılıb

Pakistanda uçuş məsafəsi 900 kilometr olan uzaqmənzilli “Şahin 1-A” ballistik raketi uğurla sınaqdan çıxarılıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, “torpaq-torpaq” sinfinə aid olan ballistik raketin naviqasiya parametrləri və digər göstəriciləri təkmilləşdirilib.

Raketin sınaqdan uğurla çıxması ilə bağlı Pakistan Prezidenti Arif Alvi və Baş Nazir İmran Xan hərbçiləri təbrik edib.

Bundan əvvəl Pakistanda “Babur” (uçuş məsafəsi 490 kilometr), “Şahin -1” (650 km), Ghauri (1300 km), “Şahin-2” (1500 km) və “Şahin-3” (2750 kilometr) raketləri də uğurla sınaqdan çıxarılıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 13,007
  • 92
  • 20,384
  • 34,308
ILK-10 Azeri Website Directory