Nikol Paşinyan apreldə baş nazir vəzifəsindən istefa verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında vəzifəsindən istefa verəcək.

AZƏRTAC xəbər verir ki, N.Paşinyan bu barədə Armavir vilayətində əhali ilə keçirdiyi görüşdə məlumat verib. Onun sözlərinə görə, bu formal bir addım olacaq.

Paşinyan deyib: “Yaxın günlərdə, aprel ayında mən vəzifəmdən istefa verəcəyəm. Bu, növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar olacaq. Seçkilərə qədər mən baş nazir vəzifələrini icra edəcəyəm”.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 13,041
  • 96
  • 20,418
  • 34,342
ILK-10 Azeri Website Directory