“Çin Azərbaycana təmənnasız 150 min doza vaksin göndərəcək”

“Çin Azərbaycana təmənnasız 150 min doza vaksin göndərəcək”<b style="color:red"></b>

“Sabah Çin və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 29 illiyini qeyd edəcəyik”.

525.az-ın məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Qo Min bildirib.

Səfir deyib ki, Çindən Azərbaycana koronavirus əleyhinə vaksinin növbəti partiyası gətirilir:

“Bu, aramızdakı dərin ənənəvi dostluğu, Çin xalqının Azərbaycana böyük simpatiya ilə yanaşmasını nümayiş etdirir”.

Qo Min qeyd edib ki, dünyada pandemiyanın yayılmasından sonra Çin və Azərbaycan bu çətinliyi aşmaq üçün bir-birinə böyük mənəvi, maddi dəstək verib, lazımi təcrübələrini bölüşüblər:

“Hazırda dünyada yenə pandemiya yayılır. Azərbaycan hökumətinə yaranan çətinliyi aşmaq və pandemiya üzərində yekun qələbə əldə etmək üçün Çin hökuməti yaxın zamanda təmənnasız 150 min doza vaksin göndərmək barədə qərar qəbul edib”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 13,015
  • 93
  • 20,392
  • 34,316
ILK-10 Azeri Website Directory