Prezident İlham Əliyev: Əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik də bir o qədər möhkəm olacaq

 Üçtərəfli işçi qrupu çərçivəsində işlər uğurla gedir. Çox intensiv məsləhətləşmələr aparılır. Bu məsələ barədə mənə vaxtaşırı məruzə edirlər. Şadam ki, qəbul edilmiş qərarın düzgün olması təsdiqlənir, ən başlıcası, artıq konkret nəticə var.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edərkən bildirib.

Üçtərəfli işçi qrupunun artıq beş iclas keçirdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Beləliklə, müzakirə üçün mövzu var və bu mövzu həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də bizim regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından vacibdir. Xüsusən ona görə ki, münaqişədən sonrakı dövrdə vəziyyət bütövlükdə müsbət istiqamətdə inkişaf edir, eskalasiya riskləri minimaldır. Təbii ki, əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik də bir o qədər möhkəm olacaq”.

Regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Baş nazirlərin müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində aparılan işləri müzakirə etmək imkanına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Aleksey Overçuk deyib ki, onlar həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi ilə daim əlaqədədirlər. Həqiqətən burada çox yaxşı əlaqə yaradılıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 13,025
  • 94
  • 20,402
  • 34,326
ILK-10 Azeri Website Directory