Yalançı arzuların bitmə tarixi.. – Esse

Yalançı arzuların bitmə tarixi.. -  <b style="color:red">Esse</b>

Türkan HÜSEYNLİ

Səhər oldu. Qaranlıq çəkilib gətdi. Hava aydınlandı. Dan yeri yenicə ağarmışdı ki, yanı açıq qalan pəncərədən narın əsən rüzigar mehi qulağımdan əsib keçərək, toxundu üzümə. Hər səhər adət belə idi. Nə gözəl duyğudur, mehin üzünə toxunub səni yuxudan oyatması. Düşünəndə sevincdən dodaq qaçır,  adam xoşbəxt olur. Həmdəm, doğma olmuşdu bu meh. Bütün səhərlər belə oyanırdım. Meh ilə. Onun dəli gəlişi, həyəcanlı toxunuşu ilə. Sərin olub, üzərimdə istinən havası ilə. Harda olsam axtarıb tapıb oyadardı məni. Yenə gəlişimə tələsdiyi bir səhər idi. Gözü havada qalmışdı həsrətinə son qoymaq üçün. Mənə toxunmaq üçün. Amma onu gözləyən, arzulayan mən həmənki mən deyildim. Onu xoşbəxt duyğularla qarşılamağa həvəsli “həmişəki qonaq”, həmişəki mən deyildim.

Bu səhərin başqa havası vardı. Xoşbəxtlikdən uzaq havası. Soyuq havada isti rüzgar nəfəsi də yaddı, uzaqdı mənə. Qəm var mənə gecədən həmdəm olan. Qəfil gələn, vaxtsız gələn. Meh yaxınlaşıb üzümə dəyib  kədərimi hiss etdi. Vahimə doldu onun qəlbinə. Həsrət dolu qəlbi ilə vidalaşmadan getdi. Səssiz getdi. Təsirli getdi. Hüzünlü getdi. Arxasına da baxmadı. Bəzən belə tək çarə səssiz gediş olur. Başqa çarə qalmır. Qəm dolu, ümidsiz baxışlarımlagözlərimi açıb tavanla baxışıram eləcə.

Məni ilk dinləyən, sevincimə şahid olan o tavan xoşbəxt cümlələr eşitməyə adət etmişdi. Gülən üz görməyə vərdiş etmişdi. Hər sevincimin şahidi olmuşdu. Nələr bilmirdi, nələr eşitməmişdi bu tavan? Bircə dili yox idi ki, sevinəndə sevinsin xoş günlərdən uzun-uzadı danışsın. Bu dəfəki qəmli baxışlar onu da çox ürkütmüşdü. Fikrə salmışdı. Dərdini eşidən, tavan da susmuşdu.Sevinəndə gülümsəyən tavan ilk dəfə idi üzülürdü. Təskinlik verə bilmirdi bulud kimi dolan baxışlarıyla.. Dinləməyi bacarırdı eləcə. Bu gün hüzünlü sima görmüşdü o tavan. Gözlərindəki məyusluq, durğunluq, kədər, arzuların bitdiyi həmin qüssəli nidalar…Sükut. Sükutun qəmli melodiyası çalınırdı otaqda.

Kədərli gözlərin tavana ünvanladığı suallar yağışı vardı bir də. Dərdə dərd qatan rahatsız edən narahatlıqlar, səbəbli başlanğıclar, məqsədsiz sonluqlar. Danışılmağa ehtiyacı olan etiraflar da vardı sırasını gözləyən. Susduğu baxışların hökmü də başqa idi. Danışmaq yox sual vermək istəyirdi. Eləcə bir sual. Cavabını isə özü bildiyi həmin sual. Yalanın rəngi varmı? Əslində ona görə olmalı idi. Çünki yalan elə bir hiyləgər teori idi ki, özünü açıq vermir və təmiz insanları öz toruna salıb incidib onların arzularını işğal edir, hələ bir də əlini əlinin içinə vurub qəş edir. (utanmasan oynamağa nə var ki?) Bunu başa düşmək üçün rəngi görmək ədalətli dünyadan xəbər verərdi. Dünya və ədalət eyni məntiqə xidmət etmədiyi üçün sualın cavabı da “yox” idi.
 Ağ rəngli tavanın da təklifi “yox” cavabı idi. Onun arzularına son qoyan bir yığım yalanın gerçəklə səsləşən obrazları onu  çox inandırmışdı kino qəhrəmanlarına. Heç şübhələnməmişdi də arzularının bu cür ürəksizliyindən, çəsarətsizliyindən. İstədiyi kimi, hiss etdiyi kimi təmiz qəlblə bağlanmışdı o arzulara. Hər rastlaşdığı çətinliyi bir kənara qoymuşdu. Çətinliklərlə o arzulara kölgə düşürmək, iz salmaq istəməmişdi. Nə bilərdi ki, arzuların özü elə kölgəli, məsafəli imiş. Nə bilərdi ki, bir gün gəlməyini istədiyi o arzular, ona gəlsə də müvəqqəti gəlib, könlünü xoş edib, sağollaşmadan gedəcək. Üstünə, üzülərək gedişinə də yol verəcək. O da bu səhər adəti üzrə tavana baxıb gileylənəcək: Arzuların qaçmağından söz açacaq. Saatlarla gözü həmin tavandan təskinlik yalvaracaq, kömək dilənəcək.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 153
  • 45
  • 4,135
  • 22,197
ILK-10 Azeri Website Directory