Göygölə gəl, Göygölə!

FÜSUNKAR GÖLÜMÜZ VƏ ONUN “KİÇİK QARDAŞLARI”NIN ZİYARƏTİ ÜÇÜN YENİ İMKANLAR YARADILIB

Göygölə gəl, Göygölə!<b style="color:red"></b>

Kəpəz dağı ətrafındakı təbiət incilərini özündə birləşdirən Göygöl Milli Parkının girişində vurulan  marşrut istiqamətləndiricisinə nəzər salan sanki sehrli aləmə düşür.

Axı bu səyahət məkanlarının adları belə insanı öz qoynuna səsləyir: “Göygöl-Maralgöl”, “Göygöl-Qaragöl”,  “Göygöl-Quşgölü”, “Göygölün mənbəyi”, “Göygöl-Gözgöl”, “Göygöl-Ördəköl”, “Göygöl-Güzgügöl”, “Şamlıgöl-Kəpəz dağı”, “Zəligöl-Keçiqayası”, “Zəligöl-Gəlinqayası! “Möhtəsəm Kəpəzin 882 il bundan qabaq başını uçuran güclü zəlzələ burada özündən bir-birindən gözəl, hətta səmadakı hərəkətləri belə öz aynasında əks etdirə bilən  göllər yadigar qoyub. Əlbəttə, Kəpəz dağını görən kimi insanın yadına ilk növbədə Göygöl və Maralgöl düşür. Amma əslində, “Gəncə zəlzələsi övladları”nın sayı doqquzdur.

Havalar isindikcə, təbiət yaşıllaşıb-gözəlləşdikcə, Vətənimizin bu cür füsunkar məkanlarına üz tutanların sayı artır.  Bu amili nəzərə alan Ekologiya və Təbii Sərvətlər nazirliyi Göygöl Milli Parkında da yeni turizm marşrutları təşkilinin qayğısına qalıb.

“Parkın ərazisində 10 istiqamətdə təşkil olunan ekoturizm marşrutunun hər birinin öz gözəlliyi var. Bu marşrutlar üzrə səyahətlər təlimat əsasında, bələdçilərin rəhbərliyi altında,  həm piyada və də maşınlarla həyata keçirilir. Xüsusi olaraq qeyd edim ki, ekoturizm marşrutlarını təyin edərkən, onun  heyvanların həyat  areallardan, yəni canlıların yuvalarından, miqrasiya zonalarından kənar yerlərdən keçməsi prinsipi mütləq şəkildə gözlənilir”, – deyə Göygöl Milli Parkının elmi işlər, ekoloji maarifləndirmə və ekotuizm üzrə direktor müavini Fuad Quliyev bildirir.

Xatırladaq ki, 2008-ci ildə yaradılan, 12755 hektar ərazisi olan Göygöl Milli Parkı 2015-ci ildən etibarən turistlər üçün açıq elan edilib. Milli Parkın ərazisində 70-dən çoxu ağac və kol olmaqla 420-dən artıq bitki növü var. Burada  həmçinin,  Qafqaz maralı, cüyür, ayı, vaşaq, meşə pişiyi, samur, təkə, porsuq və digər heyvanlar, nadir quşlar və balıqlar yaşayırlar.

Zakir MURADOV
Gəncə

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 153
  • 45
  • 4,135
  • 22,197
ILK-10 Azeri Website Directory