“Nizami ili”ndən Gəncədə nələr yadigar qalacaq?

"Nizami ili"ndən Gəncədə nələr yadigar qalacaq?  <b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı aparılan və planlaşdırılan işlər çərçivəsində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə onlayn konfrans təşkil olunub.

Gəncədə fəaliyyət göstərən mədəniyyət və incəsənət işçiləri, o cümlədən, tarix, ədəbiyyat  sənətşünaslıq üzrə elm adamlarının və parlamentdə Gəncəni təmsil edən millət vəkillərinin iştirakı ilə baş tutan görüşdə  “Nizami ili”ndə qarşıda həyata keçiriləcək işlər müzakirə olunub, həmçinin dünya şöhrətli şairin yaradıcılığının daha geniş təbliği və ədəbi irsinin öyrənilməsi istiqamətində atılacaq addımlardan danışılıb.

2021-ci ilin “Nizami ili” elan olunması Azərbaycan mədəni irsinə və ədəbiyyatına verilən ən yüksək qiymət olduğu bildirən  millət vəkili Naqif Həmzəyev, öz çıxışında “Nizami ili” çərçivəsində nəzərdə tutulan layihələrlə bağlı Gəncəni təmsil edən deputatlarla birgə mədəniyyət naziri ilə baş tutan görüşdən də bəhs edib. O, qeyd edib ki, olduqca səmərəli keçən görüşdə Nizami adının Gəncədə əbədiləşdirilməsi üçün bir sıra təkliflər səsləndirilib və bunlar arasında şəhərdə Nizami Gəncəvi adına böyük kitabxana inşası, eləcə də Gəncə hava limanına dahi şairin adının verilməsi kimi məsələlər yer alıb.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov  “Nizami ili”ndə idarənin görəcəyi işlərdən bəhs edərək vurğulayıb ki, silsilə tədbirlər çərçivəsində şəhərin yaradıcı kollektivləri tərəfindən kitab və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyaların hazırlanması, yerlərdə poeziya saatlarının təşkili, elmi konfransların keçirilməsi nəzərdə tutulur.

Millət vəkili Pərvin Kərimzadə  də Nizami irsinin öyrənilməsi və təbliği baxımından indiyə qədər aparılan işlərdən bəhs edib və Heydər Əliyev Fondunun bu istiqamətdə əvəzsiz fəaliyyətinə diqqət çəkib.

Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, Xalq artisti Şahnaz Haşımova, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov və digər çıxış edənlər ölkə prezidentinin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar, o cümlədən, “Nizami ili”ndə Gəncə dram teatrının  yeni binasının inşasının qədim şəhərimizin tarixində əhəmiyyətli hadisə olduğunu da dilə gətirərək, həmin möhtəşəm mədəniyyət ocağını da “Nizami ili”ndən daha bir yadigar kimi səciyyələndiriblər.

Z.Muradov
Gəncə

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 361
  • 130
  • 6,887
  • 21,220
ILK-10 Azeri Website Directory