Müdriklik yaşı

Müdriklik yaşı<b style="color:red"></b>

Sabir RüstəmxanlıVətəndaş Həmrəyliyi Partiyasının sədri Azərbaycan tarix elminin görkəmli nümayəndələrindən biri, Bakı Dövlət Universitetinin professoru Fəzail İbrahimli siyasi həyatına bizimlə bir sırada, Vətəndaş  Həmrəyliyi Partiyasında başlamış,  partiynın quruculuğu və inkişafında  əvəzsiz xidmət göstərmişdir.

Otuz ilə yaxındır yanaşı yol gəlirik. Bir insan, alim, müəllim, millət vəkili, siyasətçi kimi onun haqqında çox danışmaq və yazmaq olar. Bu sahələrin hər birində onun  xarakterinin, şəxsiyyətinin bir gözəl tərəfi üzə çıxır. Lakin  bir ümumi cəhət də var  bu da Fəzail İbrahimlinin halal adam olması, dürüstlük və mərdliyidir.

O, siyasətə də Universitetdə qazandığı ədalətli və prinsipial müəllim adı və şöhrəti ilə gəlmişdi. Bu keyfiyyətlər ona həm VHP – də, həm də Milli Məclisdə özəl bir sayqı və nüfuz qazandırmışdır.. 70 yaş ömrün müdrik çağırır. Ancaq mən Fəzail bəyi elə cavanlığından milli əxlaqa bağlı, böyük-kiçik yeri bilən, öz ləyaqətini qoruyan, haqqın tərəfində dayanan, sözünü cəsarətlə deyən, müdrik bir insan kimi tanımışam. VHP- nin milli birlik ideyası Fəzail bəyin də vətəndaşlıq  və siyasətçi amalını təşkil edir. Əxiz dostumuz 70 yaşını ölkənin qanunvericilik hakimiyyətinin zirvəsində, Milli Məclisin sədrinin müavini və Komitə sədri məqamında qarşılayır.

Bu, zəhmətlə yoğrulmuş, namuslu bir ömrün halal nəticəsidir!  Dəyərli məsləkdaşımı ömrün yetmişinci baharı  münasibətiylə  ürəkdən təbrik edir, ona uzun ömür və can sağlığı arzulayıram. Bu yaşdan sonra dəyişilmək ehtimalı yoxdur. Yola  davam!

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 374
  • 137
  • 6,900
  • 21,233
ILK-10 Azeri Website Directory