Gədəbəy: Növbəti videokonfrans keçirilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev  İƏD üzrə nümayəndələri ilə növbəti videokonfrans keçirib.
Konfransda çıxış edən rayon rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə pandemiya ilə mübarizə sahəsində həyata keçirilən işlərə hər birimiz dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxarmalı, ən əsası da ümumrespublika işində hər kəs səfərbər olmalıdır.
Eyni zamanda bildirilib ki, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar keçirilən vaksinasiya prosesi arxayınlıq yaratmamalı, mütəmadi şəkildə reydlər keçirilməli, təbliğat işləri aparılmalı, həmçinin digər tədbirlər mütəmadi monitorinq olunmalıdır.


Həmçinin konfransda ərazilərin təmizliyinin daim diqqət mərkəzində saxlanılması, yaz əkinləri barədə məlumatların elektron sistemə işlənməsinə köməklik göstərilməsi və kənd təsərrüfatının sığorta olunması ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması məsələsi müzakirə olunub.
Rayon rəhbəri daha sonra vətəndaşlar ilə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək barədə göstərişlər verib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 17
  • 6
  • 6,755
  • 23,628
ILK-10 Azeri Website Directory