Tovuz: Tikinti-abadlıq işləri genişləndirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı, dəstəyi sayəsində respublikamızın bütün bölgələri ilə yanaşı, Tovuz rayonu da günü-gündən inkişaf edir. Rayonda aparılan abadlıq işləri çərçivəsində Tovuz şəhərində də işlər davam etdirilir.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz şəhərinin Bəhrəm Əsgərov və Mərdan Musayev küçələrində aparılan abadlıq və quruculuq işlərinə yerində baxış keçirmişdir.

Məlumat verilmişdir ki, Bəhram Əsgərov küçəsində və həmin küçədə yerləşən parkda aparılan abadlıq işləri yekunlaşmaq üzrədir. Küçə boyu divarlarda rənglənmə işləri aparılmış və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Eyni zamanda B.Əsgərov küçəsində yerləşən ümumi sahəsi 2280 kv.m olan ərazidə ağaclar əkilmiş, abadlıq işləri görülmüşdür.

Eyni zamanda Mərdan Musayev küçəsində də abadlıq işləri davam etdirilir. Bu küçənin ərazisində olan “Kəhriz” kompleksində də uzun müddət təmir-bərpa işləri aparılmadığı nəzərə alınaraq burada yenidənqurma işləri görülür. Burada fəvvarə quraşdırılmış, işıqlandırma sistemi yaradılmışdır. Bütövlükdə Mərdan Musayev küçəsində səkilərin bərpası, asfaltlanması və divarların qaya daşları ilə üzlənməsi işləri görülmüşdür.

Tovuz şəhərinin küçələrində aparılan abadlıq işlərinə baxış keçirən icra başçısı Məmməd Məmmədov inşaatçılara öz tapşırıq və tövsiyələrini vermişdir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 17
  • 6
  • 6,755
  • 23,628
ILK-10 Azeri Website Directory