“Qurdlar vadisi”nin rejissoru Qarabağdan film çəkəcək

Türkiyənin “Sinegraf” kino şirkətinin rəhbəri, rejissor Osman Sınav Azərbaycanın Vətən müharibəsindən bəhs edən bədii film çəkəcək.

Türkiyə mətbuatının verdiyi məlumatda bildirilir ki, bu barədə rejissor Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşündən bəhs edərkən deyib: “Hazırda Azərbaycanın Türkiyədəki Qurtuluş savaşına yardımı və dəstəyi mövzusu ilə bağlı ciddi layihə üzərində işləyirik. Təbii ki, layihə reallaşdırıldığı zaman həm Azərbaycan, həm də Türkiyə telekanallarının öz dəstəklərini əsirgəməyəcəklərindən əminəm”.

Onu da qeyd edək ki, Osman Sınav məşhur “Qurdlar vadisi” teleserialının ilk rejissoru və ideya müəllifidir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 16
  • 6
  • 6,754
  • 23,627
ILK-10 Azeri Website Directory