Paşinyanın baş nazir postuna namizədliyi irəli sürüldü

“Mənim addımım” bloku parlamentin növbədənkənar iclasında Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Azvision.az bu barədə erməni KİV-lərinə istinadla xəbər verir.

“Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts bildirib ki, Paşinyanın Ermənistan prezidenti, “Çiçəklənən Ermənistan” və “Parlaq Ermənistan” partiyalarının liderləri ilə danışıqları zamanı tərəflər seçkilərin iyunun 20-də keçirilməsinə razı olublar.

Onun sözlərinə görə, qanunvericilik bunun üçün yalnız bir imkan verir – parlament baş naziri iki dəfə seçməməlidir. “Mənim addımım” bloku məhz bu məqsədlə Nikol Paşinyanın namizədliyini irəli sürüb.

18 martda baş nazir Nikol Paşinyan Ermənistanda 20 iyun tarixində erkən parlament seçkilərinin keçiriləcəyini bildirib. Paşinyan 25 apreldə istefasını elan edib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 12,998
  • 89
  • 20,375
  • 34,299
ILK-10 Azeri Website Directory