Səbəbi mənə qalsın – Səxavət Məmməd yazır

Sərhəddə baş verən o sürtüşmə ilk hal deyil. Son olacağına da inanmıram. Bəyanatdan sonra ilk qarşılaşmalar daha sərt olurdu. Şəxsən özümün şahidi olduğum bir hal da olub. Bu barədə yazmaq istəmirəm. Səbəbi mənə qalsın.

Sərhədçilər lazım olandan daha çox səbr nümayiş etdirdilər. Bəlkə də, onlara bu çox ciddi tapşırılıb.

Ancaq təcrübə onu göstərir ki, sərtlik bu məsələdə ən gözəl çıxış yoludur. Yəqin Keşikçidağ xatirinizdədir. O vaxt hadisə baş verən günün səhərisi əraziyə daxil ola bilmişdim. Bir neçə tənqidi yazı da yazmışdım. Daha sonra sərhədçilər lazım olan kimi davrandı və vəziyyət 180 dərəcə dəyişdi.

İndi bəzi məsələlər üzərində daha çox işlənildiyi üçün dərinə getmək istəmirəm. Ancaq hər halda, təmasın olmasını qəbul etmirəm.

Bütün bunlar bir yana. DSX-nin mətbuat xidməti tamamilə susub. Ermənistan tərəfi yenə ilk olaraq məlumat yayıb. Əgər video yayılmasaydı, qurumun susmağını anlayardım. Ancaq məsələ ictimailəşibsə, buna dərhal reaksiya verilməlidir. Həmişəki kimi erməni tərəfi dərhal rəsmi münasibətini bildirdi. İllərdir “mətbuat xidmətlərinin gecikməsindən cəmiyyət əziyyət çəkir” yazmaqdan boğaza yığılmışdır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 13,028
  • 95
  • 20,405
  • 34,329
ILK-10 Azeri Website Directory