“Bu şəxslərə 2-ci doza vurulmur” – TƏBİB

"Bu şəxslərə 2-ci doza vurulmur" - <b style="color:red">TƏBİB</b>

“Koronavirus əleyhinə vaksinin 1-ci dozasına ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur”.

525.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, baş ağrısı, üşütmə, qızdırma, halsızlıq, əzələ ağrısı kimi yüngül simptomların olması isə normal qəbul edilir:

“Bu kimi hallar 2-ci dozaya əks göstəriş sayılmır. Vaksinasiya strategiyasına uyğun olaraq yanvarın 18-dən Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi başlayıb, ciddi anafilaktik reaksiyaların olması müşahidə edilməyib”.

Qeyd edək ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə Çinin “Sinovac” şirkətinin  istehsalı olan “Coronavac” və İngiltərənin Oksford Universitetinin istehsalı olan “Vaxzevria” vaksinindən (istehsalçı şirkət “AstraZeneca“) istifadə olunur.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 30
  • 15
  • 14,714
  • 40,294
ILK-10 Azeri Website Directory