Yeni doğulan şəhid övladlarına dəstək aksiyası davam edir

Yeni doğulan şəhid övladlarına dəstək aksiyası davam edir<b style="color:red"></b>

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Fonddan 525.az-a verilən məlumata görə, şəhidimiz Gəray Soltanovun Füzuli şəhərində doğulan övladı Nurayın, şəhidimiz Azad Abbasovun Bakı şəhərində doğulan övladı Arazın, şəhidimiz Məhəmməd Osmanovun Mingəçevir şəhərində doğulan övladı Məhəmmədxəlilin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 153
  • 26
  • 3,316
  • 65,056
ILK-10 Azeri Website Directory