İnsan maksimum neçə il yaşaya bilər

Alimlər hesab edirlər ki, insanlar heç vaxt 150 ildən artıq yaşaya bilməyəcəklər. “Daily Mail” qəzetində işıq üzü görmüş məqalədə bildirilir ki, biologiya və biofizika sahəsində ekspertlər Böyük Britaniya və ABŞ-dan olan yüz minlərlə könüllünün DNT-sini və tibbi məlumatları süni intellekt sisteminə təqdim ediblər.

Bu, sadəcə, istifadəçi məlumatları daxil etməklə bioloji yaşlanmanın sürətini və həyatın maksimum müddətini dəqiq qiymətləndirən süni intellekt bazasında iPhone üçün bir əlavəni inkişaf etdirməyə imkan verib.

Böyük məlumatların araşdırılması çərçivəsində onlar insan ömrünün müddəti üçün məsuliyyət daşıyan iki əsas parametrin mövcud olduğunu aşkar ediblər. Onlardan ikisi də orqanizmin həyat tərzi və reaksiya amillərini əhatə edir. Birinci amil bizim stress, həyat tərzi və xəstəliklərlə bağlı bioloji yaşımızdır. İkincisi isə ilk amilin normaya nə qədər tez qayıtdığını əks etdirən dayanıqlıqdır. Bu tədqiqat nəticəsində müəyyən olunub ki, insanın maksimal ömür müddəti 150 ildir ki, bu da Böyük Britaniyada 81 il təşkil edən cari orta ömür müddətindən təxminən iki dəfə çoxdur.

Bu kəşf Gero  komandası, Sinqapurdan olan Biotexnologiya şirkəti və Nyu York ştatının Buffalo şəhərində yerləşən Rosvell Park-ın Kompleks Onkoloji Mərkəzinin təhlil etdiyi iki müxtəlif  DNT tədqiqatlarından qan nümunələrinin öyrənilməsinə əsaslanır. Tədqiqatçılar orqanizmimizin yaralanma və ya xəstəliklərdən sonra bərpaolma qabiliyyəti daxil olmaqla, bədənimizin nə qədər davamlı olduğunu müəyyən etmək üçün yaş, xəstəlik və həyat tərzi amillərini nəzərə alan DOSI adlı alətdən istifadə ediblər.

Bəşəriyyətin məlum tarixinin əksər hissəsi ərzində orta ömür müddəti 20 ildən 40 ilədək olmuşdur. Hazırda bu göstərici Böyük Britaniyada təxminən 81, ABŞ-da isə 78 ildir. Qidalanmanın keyfiyyətli olması, təmiz su, sanitariya şəraitinin yaxşılaşdırılması və tibbi nailiyyətlərin tətbiqi orta həyat müddətinin əhəmiyyətli dərəcədə artmasında mühüm rol oynamışdır. Ekspertlər hesab edirlər ki, gələcəkdə genetik manipulyasiya, kalorilərin və dərmanların məhdudlaşdırılması insanların ömrünü əhəmiyyətli dərəcədə uzada biləcək.

 Araşdırmanın həmmüəllifi, ABŞ-dakı Rosvell Park-dan olan professor Andrey Gudkov bu yeni tədqiqatın “konseptual bir sıçrayış”olduğu qənaətindədir. “Bu, insanın uzunömürlülüyünün fundamental amillərinin – davamlılığın və yaş xəstəliklərinin mütərəqqi itkisi kimi müəyyən edilən qocalmanın rolunu müəyyən edir və ayırır”.

 Sinqapur Milli Universitetinin fizioloqu Brayan Kennedi isə bu tədqiqatın həkimlərin uzunömürlülük həddini anlamasına kömək edəcəyini bildirir. Amma daha önəmlisi odur ki, bu tədqiqat inkişaf etməkdə olan ölkələrin əksəriyyətində sağlamlıq və həyat müddəti arasındakı artan boşluğu aradan qaldırmağa kömək edə bilər.

Hazırladı:

Rizvan CƏFƏROV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 257
  • 95
  • 13,959
  • 52,508
ILK-10 Azeri Website Directory