Paytaxt müəllimləri sertifikatla təltif edilib

Paytaxt müəllimləri sertifikatla təltif edilib<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin müəllimləri sertifikatla təltif edilib.

525.az xəbər verir ki, sertifikatlar Bakı və İzmir Təhsil idarələrinin birgə əməkdaşlığı nəticəsində təbiət elmlərinə dair keçirilən təlimlərdə iştirak edən müəllimlərə verilib.

Qeyd edək ki, onlayn şəkildə təşkil olunan təlimlərin əsas məqsədi təbiət elmləri fənlərinin tədrisində müasir təlim texnologiyalarından istifadə, dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunması üçün beynəlxalq təcrübənin öyrənilməsi, müəllimlərin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir.

Təlimlər Ege Universitetinin dosentləri Hasan Ali Dal və Esin Sipahi tərəfindən həyata keçirilib.

Təlimlər zamanı təbiət elmlərinin tarixi, strukturu, predmetləri, tədqiqat üsulları barədə geniş məlumatlar verilib, təbiətə dair müxtəlif mövzularda məruzələr dinlənilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 42
  • 20
  • 14,726
  • 40,306
ILK-10 Azeri Website Directory