Jurnalistlər Ağdamda Qiyaslı məscidinə baş çəkib

Jurnalistlər Ağdamda Qiyaslı məscidinə baş çəkib<b style="color:red"></b>

Bir qrup media təmsilçisi MEDİA Agentliyinin təşkil etdiyi səfər çərçivəsində bu gün Qiyaslı məscidində olub.

525.az APA-ya istinadən xəbər verir ki, jurnalistlər məscidlə tanış olub, erməni vandallığının əlamətləri ilə tanış olublar.

Ermənilər işğal müddətində məscidi dağıdıb, minarələrini uçurub.

Jurnalistlərə məlumat verilib ki, ermənilər burada da heyvan saxlayıb, ərazini tərk edəndə isə məscidi yandırıb, nəticədə binaya xeyli ziyan dəyib.

XVIII əsrə aid olan məscid Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdəndir.

Qiyaslı məscidi 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 271
  • 100
  • 13,973
  • 52,522
ILK-10 Azeri Website Directory