Ərdoğan YAP nümayəndə heyətini qəbul edib – Yenilənib

Ərdoğan YAP nümayəndə heyətini qəbul edib - <b style="color:red">Yenilənib</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

525.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. 

***

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edəcək.

525.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının saytında məlumat verilib.

Bildirilib ki, Türkiyə Prezidenti YAP nümayəndə heyətini AKP-nin mərkəzi qərargahında qəbul edəcək.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 13
  • 7
  • 14,697
  • 40,277
ILK-10 Azeri Website Directory