Tovuz Rayon İcra Hakimiyyətində vətəndaşların qəbuluna həssaslıqla yanaşılır

Tovuz rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına uyğun olaraq təşkil olunub.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mütəmadi olaraq vətəndaşlar fərdi qaydada qəbul edilir. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları həftənin bütün günlərində növbədənkənar qəbul olunur. Bu məqsədlə rayon icra hakimiyyətində xüsusi karanti rejimi qaydalarının tələblərinə cavab verən bütün zəruri şərait yaradılmışdır. Vətəndaşların qaldırdıqları məsələlərin həlli ilə bağlı operativ tədbirlər görülür. Bu sahədə aparılan işin əsas prinsipi vətəndaş məmnunluğunu təmin etməkdir.

Bu gün rayon sakinlərindən bir qrupu Tovuz rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Qəbulda onların fərdi qaydada müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.

Vətəndaşlar rayon rəhbəri tərəfindən operativ qaydada qəbul olunduqlarına görə razılıqlarını ifadə etmişlər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 467
  • 171
  • 15,208
  • 46,430
ILK-10 Azeri Website Directory