BAYDEN – PUTİN GÖRÜŞÜNDƏN GÖZLƏNTİLƏR

Rusiya 16 iyunda Cenevredə keçiriləcək Rusiya – ABŞ sammitinə ciddi hazırlaşır. Bu barədə RİA Novostiyə məlumat verən Rusiya XİN -nin müavini Serqey Ryabkov bildirib ki, bir sıra məsələlər hazırlıq mərhələsindədir. “Biz sammitə hərtərəfli hazırlaşırıq, bir sıra məsələlərin hazırlıq mərhələsi başa çatmaq üzrədir” – deyə Ryabkov bildirib.
 
 Nazir müavinin sözlərinə görə, Rusiya tərəfi prezidentlərin görüşündən ABŞ -la strateji məkənda normal, stabil münasibətlərin yaranacağına ümid edir.

” Strateji məkənda fasilə yaranmadını uzatmaq olmaz. Nəhayət sistemli və əsaslı şəkildə hərəkətə keçməyin vaxtıdır” -deyə qeyd edən Ryabkov, sammitin sonunda ən azından ABŞ və Rusiya münasibətlərinin stabilləşəcəyinə ümid etdiyini bildirib.
 
 XİN nazirinin müavini görüşdə Ukrayna məsələsinin də müzakirə olunacağını qeyd edib: “Təbii ki, Ukrayna məsələsinə də toxunulacaq  Biz Rusiyanın tərəf kimi qəbul edilməsinin tərəfdarı deyilik.  Sadəcə Ukrayna münaqişədə olduğu Donetsk və Liqanskla dialoqa getməyi qəbul etməlidir. Əgər ABŞ -da bu məsələdə Kiyevi razı sala bilsə, onda hansısa irəliləyişdən danışa bilərik”.
 
Ryabkov  ABŞ – ın bu münaqişədə mövqeyini dəyişəvəyinə inanmadığını vurğulayıb.

Rüstəm Hacıyev

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 13
  • 7
  • 14,697
  • 40,277
ILK-10 Azeri Website Directory