General Xaçaturov Qarabağ məğlubiyyətinin səbəbini açıqladı

Dağlıq Qarabağdakı müharibədə məğlubiyyətə səbəb olan əsas səhv ordunun tam döyüş hazırlığına gətirilməməsi idi.

Azvision.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Yuri Xaçaturov deyib.

“Ordu tam döyüş hazırlığına gətirilsəydi, bütün mövqeləri və xətləri tutsaydı, kazarmalarda adam olmazdı, parklarda texnika dayanmazdı, hər şey fərqli olardı”, – Xaçaturov bildirib.

Onun sözlərinə görə, Lələtəpə hündürlüyü istiqamətində zəif hazırlanmış əks hücum səhv idi. Xaçaturov növbəti yanlış addımın birinci ordu korpusunun döyüş əməliyyatlarının ilk günlərində iştirakı olduğunu söyləyib. O hesab edir ki, bu korpus ehtiyatda qalmalı idi.

Bundan əlavə, Xaçaturov Ermənistanın hazırkı rəhbərliyinin müharibənin nəticələrinin əvvəlcədən müəyyənləşdirildiyi barədə fikirləri ilə razılaşmır. General-polkovnikə görə, hətta son üç ildə zəifləmiş Ermənistan ordusu ya qalib gələ, ya da heç olmasa düşmənin irəliləməsini dayandıra bilərdi.

O, 90-cı illərin əvvəllərində, ilk Qarabağ müharibəsində orduda ümumiyyətlə heç bir şey olmadığını xatırladıb: “Kazarmalar, təlim meydançaları, silah və sursatlar yox idi. Bütün bunlar müharibədən sonrakı illərdə yaradıldı. 90-cı illərin sonundan bəri o qədər vasitələr gətirildi ki, ikinci müharibə üçün kifayət etdi və hətta artıq da qaldı”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 18
  • 9
  • 14,702
  • 40,282
ILK-10 Azeri Website Directory