Xoşbulaq üçün xoşniyyətli təşəbbüs

MƏŞHUR SƏFALI MƏKANIN EKOLOGİYASINI VƏ NÜFUZUNU KORLAYAN ZİBİLLİK PROBLEMİNİN HƏLLİ ÜÇÜN TƏQDİRƏLAYİQ ADDIM ATILIB

Xoşbulaq üçün xoşniyyətli təşəbbüs <b style="color:red"></b>

Təəssüf ki, füsünkar təbiətimizin bizə bəxş etdiyi ən gözəl məkanlarımızda belə, hələ istirahət mədəniyyətini tam qavramayanların ucbatından insanın könlünü bulandıran mənzərələrə rast gəlmək heç də nadir iş deyil.

Bu kimi hallara vətəndaş biganəliyinin adət şəkli alması isə ondan da betər dərddir. Bu cür vecsiz təzahürlərlə mübarizədə ictimai təşəbbüslərin rolu çox qiymətlidir. Çünki səliqə-səhman və təmizlik üçün çalışanların can yanğılı hərəkətlərinin görüntüləri belə cəmiyyət üçün bir çağırış anlamına gəlir.

Bu baxımdan Daşkəsənin hamıya yaxşı tanış olan Xoşbulaq qəsəbəsində Gəncədə fəaliyyət göstərən banklardan birinin təşəbbüsü və dəstəyi ilə elə həmin qurumun əksəriyyətini gənclər təşkil edən fəal bir komandasının bircə gün ərzində bəlkə tonlarla zibil yığıb ərazidən çıxarması, böyük şövqlə abadlıq və səliqə-sahman işləri aparması sakin və turistlər üçün bir növ, əməli və maarifçi nümunə olub. Təşəbbüskarlar  öz daxili imkanları hesabına sifariş verdikləri zibil konteynerlərini də ən “gəliş-gedişli” yerlərində quraşdırıblar.

“Bizim təşəbbüs sosial şəbəkələrdə xüsusən yay aylarında Xoşbulağın zibil probleminin daha da kəskinləşməsinin qarşısının alınması ilə bağlı çağırışlara qoşulmaq qərarımızla ərsəyə gəldi və “Təbiət evimizdir!” şüarı altında həyata keçdi. Buradakı çaylar, meşələr və digər istirahət yerlərinin, eləcə də qəsəbənin daxili ərazisinin tullantılardan təmizlənməsi təşkil edildi, müxtəlif ərazilərdə ümumən 50 ədəd zibil konteyneri quraşdırıldı, vətəndaşlar üçün ekoloji qaydalara riayət məzmunlu maarifçi lövhələr asıldı”, – deyə təşəbbüskar qurumun rəhbəri Vüqar Paşayev bildirib.

Mövcud yerli texniki problemləri nəzərə alan təşəbbüskar qurum Daşkəsən Kommunal idarəsi ilə yay mövsümündə  tullantıların qəsəbədən daşınması işinə dəstək məqsədilə tərəfdaşlıq müqaviləsi də imzalayıb.Zakir MURADOV
Gəncə-Daşkəsən

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 21
  • 11
  • 14,705
  • 40,285
ILK-10 Azeri Website Directory