Baydenin siyahısı

Baydenin siyahısı<b style="color:red"></b>

ABŞ prezidenti Co Bayden Rusiya ilə əməkdaşlıq edə biləcəyi sahələri müəyyənləşdirib. Co Baydenin syahısının önündə nüvə silahının yayılmasının qarşısının alınması, iqlim dəyişikliyi ilə bağlı məsələlər öz əksini tapıb.

Məlum olduğu kimi, ABŞ nüvə silahının yayılmasına qarşı çıxış edir və hətta bu zaman dövlətlərə təzyiq göstərməkdən də çəkinmir. İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət buna bariz nümunədir. ABŞ-da belə qənaət yaranıb ki, İran nüvə silahı yaratsa, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliyi də eyni niyyətə düşəcək.

Bu isə dünyanın ən “qaynar” bölgəsi olan Yaxın Şərqdə vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. İranın nüvə proqramı Rusiya və ya Çinin dəstəyi olmadan reallaşması çox müşkül görünən məsələdir. Ona görə də ABŞ hər imkanda Rusiyanı nüvə silahının yayılmasına qarşı mübarizədə əməkdaşlığa cəlb etmək istəyir.

ABŞ prezidenti Co Bayden Rusiya ilə əməkdaşlıq edə biləcəyi ən önəmli sahələri müəyyən etsə də, Moskvanın bu məsələdə Vaşinqtonla dərhal əməkdaşlıq edəcəyi inandırıcı görünmür. Bir neçə gün öncə Rusiya Xarici işlər naziri Sergey Lavrov “Qanun, hüquq və qaydalar haqqında” başlıqlı məqalə ilə çıxış edərək ölkəsinin beynəlxalq aləmdəki yerini və siyasətini dəyərləndirib. Rusiya xarici işlər naziri hesab edir ki, ABŞ-ın Rusiyanı özü üçün önəmli olan mövzularda əməkdaşlığa sövq etməsi mümkün olmayacaq.

Sergey Lavrov hesab edir ki, iki dövlətin Vaşinqton üçün önəmli məsələlərdə əməkdaşlıq etməsi üçün ilk öncə beynəlxalq siyasətin bütün istiqamətləri üzrə anlaşma əldə edilməlidir. Əks halda yalnız Vaşinqton üçün önəm kəsb edən sahələrdə əməkdaşlıq mümkünsüz olacaq.

Aydın görünür ki, Rusiya ABŞ-la Vaşinqton üçün önəmli məsələlərdə əməkdaşlıq etməzdən əvvəl, özünün maraqları üçün əhəmiyyət kəsb edən sahələrdə güzəştə nail olmaq istəyir. Rusiya ilk öncə postsovet məkanının tamamilə Moskvanın nəzarət bölgəsi kimi tanınmasını istəyir. Ancaq ABŞ-ın Rusiyanın bu tələbi ilə razılaşacağı mümkün görünmür. Çünki Vaşinqton birmənalı şəkildə Rusiyanın postsovet respublikalarının xarici siyasət məsələsində veto hüququna malik olmadığını bildirir. Moskvanı ən çox narahat edən də Vaşinqtonun bu mövqeyidir. Ona görə də, Rusiya hakimiyyəti Xarici işlər naziri Sergey Lavrovun məqaləsilə Vaşinqtonla əməkdaşlığın yalnız beynəlxalq münasibətlərin bütün sahələri üzrə ümumi anlaşmanın əldə olunacağı halda mümkünlüyünü bildirir. Belə görünür ki, ABŞ-la Rusiya arasında yaxın əməkdaşlıq mümkün olmayacaq. Bu isə münaqişəli bölgələrdə vəziyyətin daha da qızışa biləcəyindən və Rusiya ilə Qərb arasında gərginliyin artacağından xəbər verir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 264
  • 97
  • 13,966
  • 52,515
ILK-10 Azeri Website Directory