ABŞ HƏRBİ BAZASINA RAKET ZƏRBƏLƏRİ ENDİRİLDİ

  “Suriya telekanalının yaydığı məlumata görə Deyr-əz-Zor əyalətində, “Omar” neft yatağı yaxınlığında yerləşən hərbi bazasına raket zərbələri endirilib. Amerikanlar arteleriya atəşi ilə cavab veriblər.
 Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi jurnalistlərlə söhbətində, raket zərbələri nəticəsində amerikan bazasında yerləşən iki binaya zərər dəyib. “Biz hələki dəyən ziyanı qiymətləndirməmişik” – deyə Kirbi bildirib.

Amerikanın İraqda və Suriyadakı hərbi kontinqentinin nümayəndəsi Ueyn Marottonun sözlərinə görə, hücum edənlərdən biri cavab atəşilə yaralanıb.
 

2011-ci ildən enerji resursları uğrunda başlayan münaqişə zamanı ABŞ hərbiçiləri Suriyanın əsasən neft çıxarılan ərazilərində heç bir əsas olmadan hərbi bazalar yaradaraq yerləşiblər. Suriyanın hakimiyyət dairələri onların bu ərazilərdə yerləşməsini qanunsuz hesab edir. Ona görə də tez-tez Suriyalı yaraqlılarla ABŞ hərbiçiləri arasında  insidentlər yaranır.

Rüstəm Hacıyev

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 280
  • 102
  • 13,982
  • 52,531
ILK-10 Azeri Website Directory