Aqil Abbas: “Polis bizi qoruduğu kimi, biz də polisi qorumalıyıq”

  “Azərbaycan keçmiş MDB məkanında ən əmin-amanlıq olan yeganə ölkədir. Bunu möhtərəm Prezident də çıxışında vurğuladı. Polis çox əziyyət çəkir, gecəsi-gündüzü yoxdu, səkkiz saatlıq iş deyil, polis gecə saat 3-də də, səhər saat 5-də də vəzifə başında olur. Yəni polisin əməyini yüksək qiymətləndirirəm”

Adalet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib. Aqil Abbas Polis Günü münasibətilə bütün polis əməkdaşlarını təbrik edib:

“Bütün Azərbaycan polisini təbrik edirəm. Azərbaycan keçmiş MDB məkanında ən əmin-amanlıq olan yeganə ölkədir. Bunu möhtərəm Prezident də çıxışında vurğuladı. Polis çox əziyyət çəkir, gecəsi-gündüzü yoxdu, səkkiz saatlıq iş deyil, polis gecə saat 3-də də, səhər saat 5-də də vəzifə başında olur. Yəni polisin əməyini yüksək qiymətləndirirəm. Polis böyük bir ailədir, onun içində yerində olmayanı ola bilər, amma onu bütün polisə şamil etmək olmaz. Bəzən görürsünüz ki, mətbuatda polisin əleyhinə yazılar gedir, bir polisə görə bütün sistemə qarşı yazılar çap olunur. Azərbaycan polisini başda cənab nazir olmaqla təbrik edirəm. Həm birinci Qarabağ savaşında, həm də Vətən müharibəsində polisin fəaliyyətini, qeyrətini gördük, hər iki müharibədə həm şəhidlər verdi, həm də yaralıları var. Yəni polis bu xalqın balasıdır, sənin, mənim qardaşımdı. Ona görə də polis bizi qoruduğu kimi, biz də polisi qorumalıyıq”. 

Qeyd edək ki, bu gün 2 iyul Azərbaycanda Polis Günü kimi qeyd edilir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 269
  • 99
  • 13,971
  • 52,520
ILK-10 Azeri Website Directory