“Sönməz Məşəl”in Nizami ilinə töhfəsi

“Sönməz Məşəl”in Nizami ilinə töhfəsi<b style="color:red"></b>

“Sönməz məşəl” Mədəni Əlaqələr ictimai birliyi “Yeddi gözəl, yeddi mədəniyyət, yeddi planet ” adlı layihənin icrasına başlayıb.

525.az xəbər verir ki, bu ilin ölkəmizdə Nizami Gəncəvi ili elan edilməsi ilə əlaqədar həyata keçirilən layihə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə reallaşdırılır.

İctimai birliyin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva bildirib ki, layihə çərçivəsində böyük mütəfəkkirin “Yeddi gözəl” poemasının qəhrəmanlarının – yeddi gözəlin hekayətlərindən ibarət video-material hazırlanacaq, Nizaminin qadın müdrikliyinə verdiyi qiymət bu günümüzlə əlaqələndriləcək.

Yeddi gözəlin hekayəti, eləcə də N.Gəncəvi yaradıcılığının fəlsəfi yükü barədə mütəxəssislərin yığcam təhlili ingilis dilində subtitrlərlə təqdim olunacaq, layihə çərçivəsində hazırlanan video-material səfriliklərimiz və diaspor qurumları tərəfindən dünyada yayılacaq.

Layihənin hazırlanmasına Fransa Azərbaycan Dialoqu Assosiasiyasının fəalları və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri cəlb olunur.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 250
  • 92
  • 13,952
  • 52,501
ILK-10 Azeri Website Directory