Laçınlı taxılçılar biçini başa çatdırıblar

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər taxıl biçinini başa çatdırıblar.

Laçın Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 876,4 hektar taxıl sahəsindən 1996,8 ton məhsul əldə edilib. Məhsulun 79,3 tonu buğda, 1917,5 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 25 sentner, arpa zəmilərində isə 22,7 sentnerdir.

Qeyd edək ki, Ağcabədi rayonu ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 256
  • 95
  • 13,958
  • 52,507
ILK-10 Azeri Website Directory