Goranboy: Rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi

Goranboy rayon İcra Hakimiyyətində  İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirildi. Müşavirədə ötən həftə ərzində aidiyyəti üzrə verilmiş tapşırıqların icra vəziyyəti, vətəndaş müraciətlərinə baxılması,xüsusən də Şəhid ailələri və Qazi müraciətlərinin operativ yerində araşdırılması və həlli,  Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili,  kənd təsərrüfatı sahəsində görülmüş işlər; taxıl biçinin aparılması, pambıq və tütün bitkisinin becərilməsi, barama istehsalı, rayon ərzasində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yolkənarı ərazilərdə təmizlik işlərinin aparılması istiqamətlərində ərtaflı müzakirələr aparıldı.

İcra Başçısı qeyd olunan sahələr üzrə daha məsuliyyətli  və səmərəli işlərin görülməsi məqsədi ilə, ciddi tapşırıq və tövsiyyələrini bildirdi.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 230
  • 84
  • 13,932
  • 52,481
ILK-10 Azeri Website Directory