Əsas hədəfimiz mədəni irsin bərpasıdır

 İşğalda olan torpaqların azad olunmasından öncə də həmin rayonların mədəniyyət şöbələri və bununla əlaqəli nümayəndəlikləri var idi. Təbii ki, zəfərdən öncə həmin şöbələrin köçkün, çətin fəaliyyətini anlamaq mümkün idi. 

Bəs, indi onlar azad olunmuş torpaqlarla bağlı hansı işləri görür, nələri planlayır?

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Xocavənd rayonu üzrə baş məsləhətçisi Ramil Əhmədin adalet.az-a bildirdiyinə görə Mədəniyyət Nazirliyinin əsas hədəflərindən biri işğaldan azad olunmuş torpaqlarda mədəni irsin bərpasıdır.

 “Bildiyiniz kimi, Mədəniyyət Nazirliyinin 2021-ci il üçün əsas hədəflərindən biri mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpa olunmasıdır. Kürdəmir Regional Mədəniyyət İdarəsi Qarabağın iki rayonundakı (Füzuli və Xocavənd) mədəniyyət müəssisələrini də əhatə edir. Bizim də qarşımızda Füzuli və Xocavənd rayonlarının mədəni həyatının bərpası durur. Həm Füzuli, həm də Xocavənddə bir sıra mədəni fəaliyyətlərin həyata keçirilməsi istiqamətində işləyirik. Demək olar ki, hər iki rayonda işğaldan öncə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, tarixi abidələrin müəyyənləşməsi, onların indiki vəziyyəti haqqında təhlilləri, araşdırmaları yekunlaşdırmaq üzrəyik. Bundan başqa rayon sakinlərinin Füzuliyə, Xocavəndə qayıdış prosesində hansı mədəni xidmətlərin inkişaf etdirilməsinə dair fikirlərini təhlil edirik
 

Emin

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 264
  • 97
  • 13,966
  • 52,515
ILK-10 Azeri Website Directory