Goranboy: Kənd təsərrüfatında yüksək dinamika müşahidə edilir

Goranboy rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və rayonda bu sahədə hər il uğurlu göstəricilərə nail olunur. Qazanılan uğurların əsas səbəblərindən biri dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına verdiyi dəstəkdir. Subsidiyalar, texnika təminatı, yanacaq və sürtkü yağlarının, eləcə də gübrə və ziyanvericilərə qarşı dərman preparatlarının güzəştli təminatı istehsalçılarda işgüzarlığı artırmışdır.

Hazırda rayonda kənd təsərrüfatı işlərinin qızğın çağıdır. Hara baxsan kəndlini əkin sahəsində görmək olar. İndi ən çox diqqət taxılın vaxtında və itkisiz toplanmasına yönəlmişdir. Məhz bunun nəticəsidir ki, 8445 hektar buğda sahəsinin 7932 hektarında biçin sona çatmış, 26 890 ton məhsul toplanmışdır.

Orta məhsuldarlıq 33,9 sentnerdir. Qalan 513 hektar sahə dağətəyi zonada dəmyə şəraitində becərildiyi üçün biçinə iyul ayının sonlarında start veriləcək. Arpa biçini isə yekunlaşmışdır. 13 641 hektardan 45 288,1 ton məhsul biçilmiş, məhsuldarlıq 33,2 sentnerə çatmışdır. Ümumilikdə 22 086 hektardan 72 178,1 ton məhsul götürülmüş, məhsuldarlıq 33,4 sentner olmuşdur.

Barama istehsalında da nəticə yüksəkdir. Belə ki, rayon üzrə kümçülərə verilmiş 150 qutu barama qurdundan 5,8 ton məhsul toplanaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Əvvəlki illərdə olduğu kimi, cari ildə də tütün əkini nəzərdə tutulan 8 hektar sahədə şitil köçürülməsi işləri başa çatdırılmışdır. Hazırda tütün plantasiyalarına aqrotexniki qaydada xidmət göstərilir.

Bu sahələrlə yanaşı, bitkiçiliyin digər istiqamətləri üzrə də aparılan işləri qənaətbəxş hesab etmək olar. Günəbaxan, qarğıdalı, bostan-tərəvəz, yem bitkiləri, o cümlədən yonca və digər əkin sahələrinin aqrotexniki tələblərə uyğun becərilməsi, əkin sahələrinin növbəli suvarma suyu ilə təmin edilməsi diqqətdə saxlanılır.

Rayonda son illər 5 iri heyvandarlıq kompleksi yaradılmış, ümumilikdə 900 baş yeni ətlik və südlük cins heyvanlar gətirilmişdir. Hazırda komplekslərdə 3 min başa yaxın heyvan saxlanılır. Orta hesabla gündəlik hər ana maldan 25-30 litr yüksək keyfiyyətli süd sağılır. Məhsulun emal müəssisələrinə verilməsi və daxili bazarda satılması ilə bağlı aidiyyəti üzrə müqavilələr bağlanmışdır.

Rayonda arıçılığa maraq artır. Hazırda arı təsərrüfatlarında 397 fermer 9738 arı ailəsinin bəslənilməsi ilə məşğuldur. Cari məhsul ilində 68 min kiloqram bal əldə olunması gözlənilir.

Sabir ƏLİYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 279
  • 102
  • 13,981
  • 52,530
ILK-10 Azeri Website Directory