“Siyasi iradə ilə hər şey mümkündür”

"Siyasi iradə ilə hər şey mümkündür"<b style="color:red"></b>

Regionda sabitliyin əldə olunması üçün aqressiv ritorikadan çəkinmək lazımdır” 

525.az-ın xəbərinə görə, bunu Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Ermənistanda səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

 O bildirib ki, regionda sabitliyin, sülhün əldə olunması üçün aqressiv ritorikadan çəkinmək lazımdır. “İnkişaf üçün ilkin addım atmaq və xitab edərkən belə düşmən anlayışından çəkinmək lazımdır”.

“Mən sabah Azərbaycan Prezidenti ilə də görüşəcəyəm. Regionda dayanıqlı sülhün əldə olunması üçün Aİ-nin hansı rol oynaya biləcəyini müzakirə edəcəyəm. Təbii ki, ATƏT-in fəaliyyətini dəstəkləyirik, ancaq daha necə müsbət rol oynaya bilərik, buna baxacam. Aİ bu istiqamətdə təcrübəsini necə bölüşə bilər, bunu müzakirə edəcəyəm. Bildiyiniz kimi, Aİ-nin münaqişələrlə, onların həlllinə yardımla bağlı təcrübəsi var, biz keçmişdə bunu yaşamışıq, Aİ-nin özü keçmişdə üzləşdiyi münaqişəyə əsaslanır.

İnkişafa addım-addım yaxınlaşmaq, sülh üçün qarşılıqlı hörmət, anlayış lazımdır. Təbii ki, mən çətinlikləri başa düşürəm, problemləri gözardı etmirəm, ancaq bir gün hər şey mümkündür və bunun üçün siyasi iradə vacibdir. Siyasi iradə və istəklə hər şey mümkündür. Yenə də vurğulayıram, sülh üçün, mümkün həlləri tapmaq üçün qarşılıqlı və daha yaxşı anlaşma vacibdir”, -deyə Aİ Şurasının Prezidenti vurğulayıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 468
  • 171
  • 15,209
  • 46,431
ILK-10 Azeri Website Directory