Müəllimlərin işə qəbulu üzrə imtahan nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə imtahan nəticələri açıqlanıb<b style="color:red"></b>

5-12 iyul tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. İbtidai sinif, fizika, informatika və riyaziyyat fənləri üzrə daxil olan apellyasiya müraciətlərinə baxıldıqdan sonra müvafiq nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.

525.az-a nazirlikdən verilən məlumata görə, müsabiqənin növbəti – vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, hazırda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir. İndiyədək imtahanlarda müxtəlif fənlər üzrə 20 000-dən çox namizəd iştirak edib.

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 476
  • 173
  • 15,217
  • 46,439
ILK-10 Azeri Website Directory