Ağstafada sanitar-karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb edilib

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.

Bundan başqa polis əməkdaşları rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında da digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə monitorinq aparıblar. Aradırmalar zamanı mərasimdə vaksinasiya olmayan qonaqlar aşkar edilib. Şadlıq sarayı rəhbərliyinə bir daha karantin qaydaları izah olunub, aşkar olunan faktlar üzrə inzibati protokollar tərtib edilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 230
  • 84
  • 13,932
  • 52,481
ILK-10 Azeri Website Directory