Əbülfət MƏDƏTOĞLU: HƏYATIMIN MƏNZƏRƏSİ…

(“Bir qadına…” silsiləsindən)

Yenə  kövrəlirəm, yenə  doluram
Gözlərim  divara, daş  söykənir…
Mən elə durumda, təbdə oluram –
Bu  hala  divar da, daş da  göynəyir..

Sıxılır  ürəyim qəm  caynağında
Kirpiklər  şeh  dərir,  çisgin hürküdür..
Mənim hisslərimin eşq  yaylağında –
Həsrət at  oynadır – yaman  bürküdür…

Elə  bil  nəfəsim tükənir  daha
Dişimi dişimlə  sıxıb  əzirəm..
Allahdan  şikayət  edib Allaha –
Deyirəm, təklikdən , vallah  bezirəm!..

Bu  özü-özünə  tamarzı qalmaq –
 Nə  üsyan, nə  hikkə , nə əsəb  deyil .
Elə  sevgi  verib, belə  can almaq –
Allahım, sənə də  heç əzab deyil!

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 233
  • 86
  • 13,935
  • 52,484
ILK-10 Azeri Website Directory