Ermənistanın raket atəşlərindən zərər çəkmiş Gəncə sakinlərinin müraciətləri dinlənilib

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində  zərər çəkən sakinləri ilə növbəti görüş keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, podratçı şirkətlərin rəhbərləri iştirak ediblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini İlqar Sadıqov və digər aidiyyəti qurumların nümayəndələri fərdi yaşayış ev və mənzillərində bərpa, təmir-tikinti işləri həyata keçirilən vətəndaşları tək-tək dinləmişlər. Onlayn qaydada keçirilən görüşdə sakinləri rahatsız edən məsələlərə aydınlıq gətirilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Müzakirələr zamanı üzə çıxan problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilmişdir. Görüşdə o da vurğulanmışdır ki, sakinlərə dəyən ziyanın tezliklə aradan qaldırılması üçün belə dinləmələr tez-tez keçiriləcək.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarca fərdi yaşayış evi və mənzil tamamilə dağılmış, minlərlə şəhər sakininin əmlakına ciddi ziyan dəymişdir. Artıq 6 aydan çoxdur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin ziyanların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2021-ci il tarixli müvafiq sərəncamı ilə 27 sentyabr 2020-ci il tarixindən etibarən Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasına təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər dəymiş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaların, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir.

Sabir YUNİSOĞLU

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 279
  • 102
  • 13,981
  • 52,530
ILK-10 Azeri Website Directory