Türkiyə milli döyüş təyyarələrinin istehsalına başlayır

Müdafiə sənayesində zəruri bildiyimiz hansı texnoloji sahə mövcuddursa, orada varıq. Milli döyüş təyyarəmizi 2023-cü ildə anqardan (təyyarə inşa olunan sahədən) çıxarıb bütün dünyaya göstərəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada “Türkiyədə Milli Texnologiyalar və yeni sərmayələr” şüarı ilə keçirilən açılış mərasimində ifadə edib.

Müdafiə sənayesi layihələrinə aid büdcənin 5.5 milyard dollar məbləğindən 75 milyard dollaradək yüksəldildiyini diqqətə çatdıran dövlət başçısı bildirib ki, İHA, SİHA və TİHA istehsalında dünyada üçüncü yerdə olan Türkiyə bu sahədə milli istehsal məhsulları ilə müttəfiq ölkələrə də lazımi dəstəyi göstərib.

Kosmos və aviasiya sahəsində əldə olunan yeniliklər barədə də geniş məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, Türkiyə milli müdafiə sənayesini sistemli şəkildə inkişaf etdirərək qarşıya qoyulan bütün hədəflərə çatacaq. Müdafiə sənayesi sahəsində istehsal etdiyimiz məhsulların xaricdən tədarükünə razı olmayacaq, bu sahədə istehsal imkanlarımızı gücləndirməkdə və genişləndirməkdə davam edəcəyik.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2022
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 5,780
  • 17
  • 46,927
  • 85,608
ILK-10 Azeri Website Directory