Tovuz şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması vaxtından əvvəl başa çatdırılacaqdır

Tovuz, 11 avqust (AzərTAc). Xəbər verdiyimiz kimi, artıq Tovuz şəhərinin də su və kanalizasiya sistemi yenidən qurulur. Layihənin sifarişçisi Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik, podratçı təşkilat isə “Akkord” Sənaye-Tikinti İnvestisiya Korporasiyasıdır.

\r\n

 “Akkord”un nümayəndəsi Bürhan Həmidov AzərTAc-a bildirmişdir ki, layihə üç mərhələdə həyata keçirilir. Birinci mərhələdə Tovuz şəhərində hər birinin tutumu 2500 kubmetrlik olan iki su anbarı tikilmişdir. Layihənin ikinci mərhələsini uğurla həyata keçirən şirkət tərəfindən çəkiləcək magistral kanalizasiya xəttinin 96 faizi, magistral su xəttinin isə 70 faizi artıq hazırdır. Yaxın günlərdə nasos stansiyasının və təmizləyici qurğuların tikintisinə başlanacaq. Şirkətin nümayəndələri çalışır ki, icrası gələn ilə nəzərdə tutulan layihəni bu ilin sonunadək başa çatdırsınlar.

Şərhini bildir

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 64
  • 10
  • 18,895
  • 34,201
ILK-10 Azeri Website Directory