Ölkə ərazisində isti hava şəraiti davam edəcək

Sabah Bakıda gündüz havanın temperaturu 31 dərəcə təşkil edəcək

\r\n

Yaxın 2 gündə ölkə ərazisində nisbətən isti hava şəraitinin davam edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Bu barədə ANS PRESS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

\r\n

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 27-31 dərəcə isti olacaq.

\r\n

Azərbaycanın rayonlarında sentyabrın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

\r\n

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Şərhini bildir

Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 193
  • 28
  • 3,356
  • 65,096
ILK-10 Azeri Website Directory