FƏRƏH DOĞURAN YENİLİKLƏR (Gəncə)

Heydər Əliyev, Ş.İ.Xətai, Atatürk, N.Nərimanov prospektlərində, eləcə də Nizami, Dədə Qorqud, Əziz Əliyev, Mehmandarov, Ü.Hacıbəyov, Cavad xan, Mirzə Abbas Abbaszadə və digər küçələrdə, eyni zamanda 2020-dən çox müəssisə, idarə və təşkilatın, ticarət, iaşə, xidmət, digər sosial-mədəni obyektlərin yerləşdiyi inzibati binaların və ofislərin fəsadlarında təmir, yenidənqurma və bərpa işləri uğurla davam etdirilir.\r\n

* * *

\r\n

\r\nDahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsi və onun ətrafında abadlaşdırma işləri aparılır, məqbərənin ornamentlərinin və digər elementlərin üzlənməsi üçün 1070 pm qranit və 450 pm aqlay döşənmişdir.

\r\n

* * *

\r\n

\r\nHeydər Əliyev, Ş.İ.Xətai və N.Nərimanov prospektlərində, Z.Hacıyev, Dədə Qorqud küçələrində 54 ictimai binanın dam örtüyü mansard formasında yenidən qurulmuşdur.

\r\n

* * *

\r\n\r\nVaxtıilə “Üçbulaq” adlanan 1,5 ha ərazidə yeni park salınır, müasir memarlıq üslubunda inşa edilən “Beşbulaq” qranit lövhələrlə üzlənmişdir. Parkda Şeyx Nizami Gəncəvinin heykəli ucaldılacaq, beş ədəd fəvvarə inşa ediləcəkdir.\r\n

* * *

\r\n\r\nŞəhər əhalisinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə vaxtı ilə şəhərsalma qaydalarına zidd çəkilmiş yerüstü qaz kəməri boruları polietilen borularla əvəz edilərək yer altına keçirilmişdir.\r\nBu işlərə başlanan gündən iyulun 1-dək 14 min pm-dən çox məsafədə polietilen boru çəkilmişdir.\r\n

* * *

\r\n\r\nGəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Azərdövlətlayihə” İnstitutu tərəfindən Gəncə şəhərinin yeni Baş Planının işlənib hazırlanması işləri davam etdirilir.\r\n

* * *

\r\n\r\nAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncədəki İmamzadə kompleksinin təmiri və bərpası ilə əlaqədar imzaladığı sərəncamı bütün şəhər sakinləri rəğbətlə qarşılamışlar. Hazırda burada görülən işlər daha da sürətləndirilmiş, şəhər ilə İmamzadə arasında 5,2 km yolun yenidən abadlaşdırılmasına başlanmışdır. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə İmamzadə ziyarətgahının ətrafında inşa edilmiş, sonralar təbii aşınmalar nəticəsində məhv olmuş tarixi abidə tikililərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması istiqamətində də mütərəqqi işlər aparılır.\r\n

R. Yusifqızı

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 177
  • 28
  • 3,340
  • 65,080
ILK-10 Azeri Website Directory