Azərbaycanla bağlı tarixi sənədlər ölkəmizə gətiriləcək

Bu barədə AMEA-da qərar qəbul edilib

\r\n

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib. Bu barədə AMEA Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nigar Abushova məlumat verib.

\r\n

İnstitun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada xarici ölkələrin arxivlərindən Azərbaycan tarixinə dair sənədlərin ölkəmizə gətirilməsi və sənədlərin toplu şəklində nəşr olunması işinin gedişi ilə bağlı məsələlər müzakirə olunub. İclasda qeyd olunub ki, xüsusilə ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinə aid sənədlərin ölkəyə gətirilməsinə və toplu şəklində nəşr olunmasına diqqət daha da artırılsın.

\r\n

Elmi Şurada indiyədək nəşr olunmuş sənəd topluları bir daha nəzərdən keçirilib. Şurada qərara alınıb ki, bu problemlə bağlı digər sənədlərin ölkəyə gətirilməsi üçün institutun bir qrup əməkdaşının Rusiya, Fransa, Almaniya və Gürcüstan arxivlərinə ezam edilməsi məqsədəuyğun hesab olunsun və bununla əlaqədar müvafiq instansiyalar qarşısında məsələ qaldırılsın.

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 39
  • 35
  • 680
  • 4,414
ILK-10 Azeri Website Directory