Toşiyuki Fucivara: Qloballaşan dünyada Azərbaycanın rolu sürətlə artır

“Qloballaşan dünyada Azərbaycanın rolu sürətlə artır. Azərbaycan humanitar sahədə, mədəniyyətin və idmanın inkişafı sahəsində çox fəaldır”.

\r\n

Bu sözləri II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş, 1999-2002-ci illərdə Yaponiyanın Azərbaycanda səfiri olmuş, hazırda Yaponiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun (YBMİ) baş direktoru vəzifəsində çalışan Toşiyuki Fucivara AzərTAc-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində demişdir.

\r\n

Təcrübəli diplomat əmin olduğunu bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən və çox geniş mövzuları əhatə edən Bakı Beynəlxalq Humanitar Forumu sülh naminə çalışan insanlara dəstək verməklə dünyada təhlükəsizliyin təmin olunması və xalqlar arasında dialoqun inkişafına zəmin yaradacaqdır. Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolu oynadığını qeyd edən T.Fucivara belə bir forumun məhz Bakıda keçirilməsini çox əlamətdar hadisə hesab etdiyini bildirmişdir.

\r\n

YBMİ-nin baş direktoru Azərbaycan Prezidentinin müdrik siyasəti nəticəsində bu forumun insanlığı düşündürən başlıca məsələlər ətrafında fikir mübadiləsi aparılması istiqamətində faydalı bir məkana çevrildiyini vurğulayaraq demişdir: “Belə bir mötəbər tədbirdə iştirakı özüm üçün şərəf hesab edirəm və dəvətə görə Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

\r\n

Forum iştirakçılarının sayının və tərkibinin onu çox heyrətləndirdiyini qeyd edən diplomat vurğulamışdır ki, dünyanın 70 ölkəsini təmsil edən 700-ə yaxın tanınmış ictimai-siyasi xadimin, elm və incəsənət adamlarının, KİV-nin rəhbərlərinin bir yerə toplaşaraq bəşəriyyəti düşündürən humanitar məsələləri müzakirə etməsi həqiqətən, təqdirəlayiqdir. Şəxsən mən bu yaşıma qədər bir Nobel mükafatçısı ilə görüşmədiyim halda, forumda həmin mükafatı almış 11 nəfərin iştirak etməsi məni çox heyrətləndirdi. Bu, təsdiq edir ki, qloballaşan dünyada Azərbaycanın rolu sürətlə artır. Dünyanın nüfuzlu insanları böyük məmnuniyyətlə Bakıya toplaşaraq çox mühüm məsələləri müzakirə edirlər.

\r\n

BMT-nin Minillik Bəyannaməsində irəli sürülmüş fəlsəfəni yerinə Yetirmək üçün Azərbaycanın liderliyi ələ alaraq belə bir forum təşkil etməsini yüksək qiymətləndirən diplomat bildirmişdir ki, cəmi 20 il əvvəl müstəqilliyini bərpa etmiş dövlətin bu təşəbbüsü öz üzərinə götürməsi böyük siyasi iradənin nümayişidir. Həmin fəlsəfənin tərkib hissəsi olaraq qloballaşma dövründə dövlətin inkişafı ilə dünyanın inkişafının bir ahəng halında götürülməsini mən böyük hadisə kimi qəbul edirəm və Azərbaycan dövlətinin bu ağır işin öhdəsindən bacarıqla gəldiyini vurğulamaq istəyirəm.

\r\n

Forumun müzakirə etdiyi mövzular içərisində cəmiyyətin həyatında multikulturalizmin rolu ilə bağlı diskussiyalara böyük məmnuniyyətlə qatıldığını bildirən T.Fucivara məsələnin bəşəriyyət üçün vacibliyini qeyd etmişdir. İnanıram ki, müzakirəsi aparılmış bu və digər mövzular dünyanın bundan sonrakı inkişafı üçün çox faydalı olacaqdır. Bu, forumun qəbul etdiyi bəyannamədə də öz əksini tapmışdır.

\r\n

Səkkiz ildən sonra Bakıya səfər etdiyini deyən T.Fucivara Azərbaycanın sürətli inkişafını, beynəlxalq arenada gündən-günə artan nüfuzunu yüksək qiymətləndirmişdir: “Səkkiz il əvvəl mənim gördüyüm Bakı büsbütün dəyişib. Mən tamamilə başqa bir şəhər gördüm. Tikilmiş yeni, hündür binalar, köhnə binaların yüksək səviyyəli, çox gözəl bərpası məni heyran etdi. Bakıda çox gözəl, abad yollar salınmışdır”.

\r\n

Budəfəki səfərində vaxt məhdudiyyətindən Bakıdan kənara çıxa bilmədiyinə görə çox təəssüfləndiyini bildirən diplomat Azərbaycanda aparılan geniş quruculuq işlərinin, mükəmməl infrastruktur layihələrinin bir dost kimi onu çox sevindirdiyini qeyd etmişdir. T.Fucivara demişdir: “Bütün dünyanı bürümüş maliyyə böhranı dövründə Azərbaycan dövlətini və ona rəhbərlik edən Prezidentin siyasətini dəstəkləyən Azərbaycan xalqını qazanılmış böyük uğurlar münasibətilə təbrik edirəm”.

\r\n

 

\r\n

Vüqar Ağayev,

\r\n

Tokio

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 67
  • 58
  • 708
  • 4,482
ILK-10 Azeri Website Directory