Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatında “dəryirmi masa” Keçirilmişdir

Zərdab, 26 noyabr (AzərTAc). Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının inzibati binasında partiya fəallarının, ağsaqqalların və gənclərin iştirakı ilə “dəyirmi masa” keçirilmişdir.

\r\n

AzərTAc xəbər verir ki, “dəyirmi masa”da noyabrın 16-da Bakıda YAP-ın yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin proqram xarakterli nitqində irəli sürülən müddəalarla əlaqədar rayon təşkilatının qarşısında duran vəzifələr müzakirə edilmiş, konkret fəaliyyət planı müəyyənləşdirilmişdir. YAP rayon təşkilatının sədri Pərvin Mahmudova, partiya fəalları Tahir Qasımov, Vüsalə Kərimova, Gülağa İsgəndərov və başqaları çıxış etmişlər.

\r\n

Natiqlər diqqəti ötən əsrin 90-cı illərində Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrin Prezident İlham Əliyev tərəfindən dərin və hərtərəfli təhlilinə cəlb etmiş, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışlar.

\r\n

Bu gün sıralarında 600 minə yaxın üzvü birləşdirən YAP-ın Cənubi Qafqazda ən böyük siyasi qüvvə olduğunu iftixarla vurğulayan natiqlər partiyanın Azərbaycanın parlaq gələcəyi uğrunda konkret və məqsədyönlü fəaliyyətindən bəhs etmişlər. Ölkəmizin bundan sonra da müasir dövlət kimi inkişafını təmin edəcək “Azərbaycan-2020” proqramı ilə bağlı cəmiyyətdə tam yekdillik olduğu məmnunluqla vurğulanmışdır.

\r\n

“Dəyirmi masa”da partiyanın sıralarının artırılması, cəmiyyətdəki avanqard rolunun daha da gücləndirilməsi, torpaqlarımızın düşmən tapdağından azad olunması, sosial-iqtisadi inkişafla bağlı konkret vəzifələrdən də bəhs edilmişdir.

\r\n

Rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov tədbirdə çıxış edərək Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan böyük uğurlardan, YAP rayon təşkilatının qarşısında duran konkret vəzifələrdən danışmışdır.

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 67
  • 58
  • 708
  • 4,482
ILK-10 Azeri Website Directory