Bakıda “Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar” mövzusunda Beynəlxalq elmi konfrans davam edir

Bakı, 27 noyabr (AzərTAc). Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Təhsil Nazirliyi və Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası (UMPEA) ilə birgə keçirilən “Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar” mövzusunda ikinci Beynəlxalq elmi konfrans noyabrın 27-də işini bölmə iclaslarında davam etdirmişdir.

\r\n

AzərTAc xəbər verir ki, bölmə iclaslarında Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Moldova, Ukrayna, Pakistan, Gürcüstan, Hindistan, İspaniya, İsveçrə, Belarus və digər ölkələrin tanınmış elm adamlarının və mütəxəssislərin məruzələri dinlənilmişdir.

\r\n

Konfrans çərçivəsində UMPEA-nın Təhsilin Menecmenti Universitetinin rektoru, akademik V.Oleynikin rəhbərliyi ilə “Ukraynada diplomsonrası pedaqoji təhsilin modernləşdirilməsi” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbirdə hər iki ölkənin tanınmış mütəxəssisləri iştirak etmişlər.

\r\n

Konfrans noyabrın 28-də başa çatacaqdır.

Şərhini bildir

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory