Ağcabədi rayonunun Qiyamadınlı kəndində yeni məktəb binası istifadəyə verilmişdir

Ağcabədi, 29 noyabr (AzərTAc). Ağcabədi rayonunun Qiyamadınlı kəndində yeni inşa olunmuş 260 yerlik tam orta məktəb binası istifadəyə verilmişdir.

\r\n

AzərTAc xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin, kənd sakinlərinin iştirakı ilə açılış mərasimi keçirilmişdir. Mərasimdə Milli Məclisin deputatı Tahir Rzayev və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə iştirakçıları təbrik etmiş, ölkədə təhsilə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafı sahəsində xidmətlərindən danışmışlar.

\r\n

Bildirilmişdir ki, bu dərs ilində yeni inşa edilmiş 960 yerlik şəhər 3 nömrəli məktəb-liseyin, hər biri 180 yerlik Qaraxanlı, Şərəfxanlı kənd tam orta məktəblərinin, 80 yerlik Aran kənd 2 nömrəli, Ağabəyli və Aşağı Mehrablı kənd ümumi orta məktəblərinin, əsaslı təmir edilmiş şəhər 5 nömrəli tam orta məktəbin binaları müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda Aran, Rəncbərlər, Təzəkənd, Qaravəlli, Biləğan kəndlərində yeni məktəb binalarının, Ağcabədi şəhərində uşaq bağçasının tikintisi davam etdirilir.

\r\n

Tədbirdə çıxış edən müəllim, şagird və kənd ağsaqqalları göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

\r\n

Sonra tədbirin iştirakçıları məktəb binasında yaradılmış şəraitlə tanış olmuşlar. Binada fənn kabinələri, laboratoriya, kompyuter və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana, istilik sistemi yaradılmış, məktəb lazımi inventar və avadanlıqla təmin olunmuşdur.

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 24
  • 15
  • 2,244
  • 4,289
ILK-10 Azeri Website Directory